Almaniya 5 milyard avroluq büdcə kəsiri ilə üzləşib.
“Report”un məlumatına görə, bunu ZDF telekanalına müsahibəsində Almaniyanın maliyyə naziri Kristian Lindner deyib.
Onun sözlərinə görə, real həll yolu tapmaq üçün hələ çox vaxt var. O, həmçinin ayın ortalarına qədər Almaniya kansleri Olaf Şolts və vitse-kansler və İqtisadiyyat Nazirliyinin rəhbəri Robert Habek ilə danışıqlar aparmaq planlarını bölüşüb.
Bundan sonra büdcə layihəsi noyabrın sonunda qəbul edilməli olan Bundestaqa göndəriləcək.
Qeyd edək ki, Almaniyanın 2025-ci il büdcə layihəsinin hakim koalisiyada təsdiqlənməsi planlaşdırıldığından daha çox vaxt aparıb və siyasətçilər arasında ictimai mübahisələrlə yanaşı, bəzi deputatların hökuməti dəstəkləməyi dayandırmaqla bağlı hədələri ilə müşayiət olunub.
2025-ci il üçün büdcə 481 milyard avro təşkil edəcək ki, bunun da 4 milyard avrosu Ukraynaya hərbi dəstək üçün ayrılacaq.