Alman nəşri Çini NATO-nun əsas rəqibi adlandırıb

Alman nəşri Çini NATO-nun əsas rəqibi adlandırıb Almaniyanın “Die Welt” nəşri Çini NATO-nun yeni əsas düşməni adlandıraraq, bu məsələdə İttifaqda birliyin olmadığını qeyd edib.
Digər ölkələr
5 Dekabr , 2019 08:40
Alman nəşri Çini NATO-nun əsas rəqibi adlandırıb

Almaniyanın “Die Welt” nəşri Çini NATO-nun yeni əsas düşməni adlandıraraq, bu məsələdə İttifaqda birliyin olmadığını qeyd edib.

“Report”un məlumatına görə, nəşr qeyd edib ki, ABŞ Çində düşmən gördüyü halda, Almaniya və Fransa Pekinlə ticari əlaqələrini genişləndirir.

Məqalədə deyilir ki, Almaniya və Fransa Avropada investisiya qoymaqla nüfuz qazanmaq niyyətində olan Çin təhdidini düzgün qiymətləndirmir.

Bundan başqa, nəşr Çinin hərbi gücünün artdığı da vurğulayıb.

Qeyd edək ki, Alyans tarixində ilk dəfə olaraq NATO liderləri Çinin güclənmiş mövqeyini, o cümlədən müdafiə qabiliyyətinin artırılmasını müzakirə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi