Albaniyada minlərlə insan baş nazirin istefası tələbi ilə etiraz aksiyası keçirib
Digər ölkələr
- 27 may, 2018
- 04:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 may. REPORT.AZ/ Albaniyada minlərlə insan ölkənin baş nazirinin istefası tələbilə küçələrə çıxıb.
"Report"un məlumatına görə, bu barədə "ABC" xəbər verib.
Xəbərdə bildirilir ki, müxalifətin minlərlə tərəfdarı paytaxt Tiranada etiraz aksiyası keçirib. Onlar baş nazir Edi Ramın fəaliyyətindən narazılıq edərək, onu istefaya çağırıblar. Nümayişçilər baş naziri cinayətkar qruplaşması ilə əlaqədə ittiham ediblər.
Aksiya zamanı polislə toqquşmalar baş verib. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və şüşə qablar – butılkalar atıblar. Toqquşmalar zamanı nümayişçiləri hökumət binasına daxil olmasının qarşısını alan 11 polis əməkdaşı xəsarət alıb.
Son xəbərlər
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr
03:02
Antonelli Ostində keçirilən "Formula 1" üzrə ABŞ Qran-Prisinin təsnifat mərhələsini qazanıb
Formula 1
02:54
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
Energetika
02:28
Tramp ABŞ-nin İrana zərbələrinin bərpasını istisna etməyib
Digər ölkələr
01:45
İnfantino FIFA U-15-in təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib
Futbol
01:06
Video
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
Futbol
00:37
"Al-Arabiya": İran ABŞ-yə blokadanın ləğvi müqabilində Hörmüz boğazını açmağı təklif edib
Region
00:14
Tovuzda iki nəfərə xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Hadisə
00:04
Qubadlı şəhərinin işğaldan azad olunmasından 6 il ötür
Daxili siyasət