Avropa Komissiyası (AK) Polşa ilə birlikdə ukraynalı uşaqların Rusiya tərəfindən məcburi deportasiyası və onların axtarışı ilə bağlı sübutların birgə toplanması təşəbbüsünü başladır.
“Report” “RBC-Ukraine”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Dana Spinant bildirib.
“İşğal başlayandan bəri Rusiya qoşunları minlərlə ukraynalı uşağı Rusiyaya göndərib. Ukraynalı uşaqların oğurlanması böyük sosial problem, faciə və cinayətdir. Ona görə də Polşa ilə birlikdə BMT agentliklərinin dəstəyinin ilə bu təşəbbüsə başlayırıq”, - D.Spinant bildirib.
AK rəsmisinin sözlərinə görə, təşəbbüsün məqsədi oğurlanmış uşaqların tapılıb evə qaytarılması üçün sübutların toplanması üçün qüvvələrin birləşdirilməsi və cinayətlərdə iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsidir.