Bakı. 4 may. REPORT.AZ/ "Air Arabia" aviaşirkətinə məxsus təyyarə partlayış təhlükəsi ilə əlaqədar olaraq Birləşmiş Ərəb Əmirliklərinin "Minhad" bazasına təcili eniş edib.
"Report" xəbər verir ki, bu barədə "Əl-Arabiyyə" telekanalı məlumat yayıb.
Təyyarədə bomba olması xəbərini heyət üzvlərinə göyərtədə olan sərnişinlərdən biri verib.
Hazırda bütün zəruri təhlükəsizlik tədbirləri görülüb. Sərnişinlər təhlükəsizlikdədirlər, onların arasında zərərçəkən olmayıb.