Aİ və Böyük Britaniya "Brexit" üzrə danışıqların növbəti mərhələsi barədə razılığa gələ bilməyib

Digər ölkələr
  • 28 sentyabr, 2017
  • 11:06
Aİ və Böyük Britaniya Brexit üzrə danışıqların növbəti mərhələsi barədə razılığa gələ bilməyib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Krallığın Birlikdən çıxışı (Brexit) üzrə məsələdə irəliləyişə nail ola bilməyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin "Brexit" üzrə baş müzakirəçisi Mişel Barnye danışıqların dördüncü mərhələsidən sonra təşkil edilən mətbuat konfransda bildirib.

"Bir sıra məsələlərdə irəliləyişə nail olmuşuq, amma hələ də çox şey üzərində işləməliyik", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, üç əsas məsələdən - maliyyə nizamlanması, vətəndaşların hüquqları və İrlandiya ilə sərhədlər məsələsinin heç birində hələlik yekun razılıq əldə olunmayıb.