Aİ səfirləri Ukraynaya silah-sursat üçün 1 milyard avro ayrılması qərarını təsdiqləyib

Digər ölkələr
  • 03 may, 2023
  • 18:05
Aİ səfirləri Ukraynaya silah-sursat üçün 1 milyard avro ayrılması qərarını təsdiqləyib

Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri Ukrayna Silahlı Qüvvələri üçün silah-sursat alınması üçün 1 milyard avronun ayrılması barədə qərarı təsdiqləyiblər.

“Report” xəbər verir ki, müvafiq qərar Brüsseldə Daimi Nümayəndələr Komitəsinin (COREPER) iclası zamanı qəbul edilib.

“Aİ səfirləri Ukrayna Silahlı Qüvvələrinə dəstək olmaq məqsədilə silah-sursat və raketlərin birgə alınması üçün Avropa Sülh Fondu çərçivəsində 1 milyard avro məbləğində yardım tədbirləri haqqında qərarı təsdiqləyiblər”, - məlumatda bildirilir.

Qərarın təfərrüatları barədə məlumat yoxdur.

44 filmi