Aİ: Rusiyanın atəşkəsi “referendumlar”ı kimi saxtadır

Aİ: Rusiyanın atəşkəsi “referendumlar”ı kimi saxtadır Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiyanın atəşkəs təşəbbüsünə inanmadığını bildirib.
Digər ölkələr
6 Yanvar , 2023 00:28
Aİ: Rusiyanın atəşkəsi “referendumlar”ı kimi saxtadır

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiyanın atəşkəs təşəbbüsünə inanmadığını bildirib.

“Report” xəbər verir ki, bu barədə siyasətçi tviterdə yazıb.

“Ortada bir təcavüzkar var: Kreml. Qurban var: Ukrayna xalqı. Rusiya qoşunlarının çıxarılması sülh və təhlükəsizliyə gətirib çıxaracaq yeganə ciddi qərardır. Birtərəfli atəşkəsin elan edilməsi qeyri-qanuni və qroteskli ilhaqlar və onları müşayiət edən referendumlar kimi saxta və ikiüzlülüdür”, - Ş.Mişel vurğulayıb.

Son xəbərlər

Orphus sistemi