Aİ Rusiyanın 30 fiziki və 7 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib
Digər ölkələr
- 06 oktyabr, 2022
- 16:32
Avropa İttifaqı (Aİ) Rusiyanın 30 fiziki və 7 hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə müvafiq normativ aktların dərc olunduğu Aİ-nin rəsmi jurnalında deyilir.
“Ukraynadakı vəziyyətin ciddiliyini nəzərə alaraq, Şura hesab edir ki, Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən hərəkətlərə görə məsuliyyət daşıyan 30 şəxs və 7 təşkilat sanksiyaya məruz qalan şəxslər, təşkilatlar və orqanlar siyahısına daxil edilməlidir”, - sənəddə qeyd edilib.
Belə ki, “qara siyahı”ya Yuliya Çiçerina, Nikolay Rastorquyev və Oleq Qazmanov, habelə “Fakel”, “Avanqard”, “İrkut” və “Deqtyarev adına zavod” kimi hüquqi şəxslər salınıb.
Son xəbərlər
07:13
ABŞ-nin dövlət borcu 38,5 trilyon dolları keçib
Digər ölkələr06:44
Çin 2025-ci ildə Rusiyadan neft idxalını 7,1 % azaldıb
Digər ölkələr06:17
Çilidə baş verən meşə yanğınları nəticəsində 19 nəfər həlak olub
Digər ölkələr05:52
Britaniya uşaqlar və yeniyetmələrə sosial mediadan istifadəni qadağan etməyi planlaşdırır
Digər ölkələr05:08
Foto
BMT: Mozambikdə daşqınlardan yarım milyondan çox insan zərər çəkib
Digər ölkələr04:41
Türkiyənin PA rəsmisi: Suriyadakı vəziyyəti yaxından izləyirik
Region04:06
NORAD hərbi təyyarələri ABŞ-nin Qrenlandiyadakı bazasına gələcək
Digər ölkələr03:43
Kim Çen İn ictimai mərasimdə baş nazirin müavinini vəzifəsindən azad edib
Digər ölkələr03:11