Aİ Rusiyanı START çərçivəsində götürdüyü öhdəliklərə qayıtmağa çağırıb

Aİ Rusiyanı START çərçivəsində götürdüyü öhdəliklərə qayıtmağa çağırıb Avropa İttifaqı (Aİ) hesab edir ki, Rusiya Strateji Silahların Azaldılması Sazişi (START) üzrə öhdəliklərini yerinə yetirməli və ABŞ-yə bu sənəd çərçivəsində öz nüvə arsenallarında yoxlamalar aparmağa icazə verməlidir.
Digər ölkələr
22 Fevral , 2023 04:51
Aİ Rusiyanı START çərçivəsində götürdüyü öhdəliklərə qayıtmağa çağırıb

Avropa İttifaqı (Aİ) hesab edir ki, Rusiya Strateji Silahların Azaldılması Sazişi (START) üzrə öhdəliklərini yerinə yetirməli və ABŞ-yə bu sənəd çərçivəsində öz nüvə arsenallarında yoxlamalar aparmağa icazə verməlidir.

“Report” xəbər verir ki, bu barədə Aİ xarici işlər xidmətinin bəyanatında deyilib.

“Aİ Rusiya ərazisində START yoxlamalarını sadələşdirməklə və sazişlə müəyyən edilmiş çərçivədə İkitərəfli Məşvərət Komissiyasında iştirak etməklə Rusiyanı START üzrə öhdəliklərini yerinə yetirməyə çağırır”, - sənəddə bildirilib.

Aİ Xarici İşlər Nazirliyi Rusiyanın START-da iştirakını dayandırmaq qərarından təəssüfləndiyini bildirib ki, bu da onun fikrincə, Avropada təhlükəsizlik arxitekturasına xələl gətirir:

“İki böyük nüvə dövləti arasında proqnozlaşdırıla bilənliyi və qarşılıqlı etimadı artırmaqla, bu müqavilə strateji rəqabəti məhdudlaşdırır və strateji sabitliyi gücləndirir”.

Rusiya keçən ilin payızında Rusiya-Amerika Məşvərət Komissiyasının iclasını qeyri-müəyyən müddətə təxirə salıb. Bu komissiya digər məsələlərlə yanaşı, gələcək yoxlamaların vaxtını da müəyyən edir.

Son xəbərlər

Orphus sistemi