Avropa Parlamentində Aİ-nin münaqişə zonalarında mövcudluğunu artırmasına çağırış edilib
- 09 yanvar, 2019
- 07:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 yanvar. REPORT.AZ/ "Avropa İttifaqı (Aİ) münaqişə zonalarında, xüsusilə Yaxın Şərqdə və Şimali Afrikada mövcudluğunu artırmalıdır".
"Report" RT-yə istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatı Dubravka Şuytsa bildirib.
Xanım deputatın fikrincə, Aİ üçüncü ölkələrin, o cümlədən Rusiya və ABŞ-ın qyeri-sabit regionlarda vəziyyətə həlledici təsir göstərməsinə imkan verməməlidir.
Onun sözlərinə görə, son illərdə Avropa sərhədlərinə yaxın ölkələrdə bitməyən qeyri-sabitlik, silahlı münaqişələr və "dövlət strukturlarının çöküşü" maşahidə olunur.
O, bununla əlaqədar Avropa Şurasına müraciət edərək, Aİ-nin rəhbərliyi altında xaricdə əməliyyatlar keçirilməsi üçün istifadə olunacaq hərbi hissələrin yaradılıb-yaradılmayacağının aydınlaşdırılmasını tələb edib.