Aİ-nin ali nümayəndəsi: “Ukraynanın NATO-ya daxil olmaq istəyi hazırda əsas məsələ deyil”
Digər ölkələr
- 01 oktyabr, 2022
- 15:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalamasına münasibət bildirib.
Bu barədə “Report” İspaniyanın “24 Horas” telekanalına istinadən xəbər verir.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya daxil olmaq istəyi hazırda əsas məsələ deyil:
“Kiyevin alyansa qoşulmaq istəyi başa düşülə bilər, lakin bu, hazırda əsas məsələ deyil. Hazırda daha vacib olan Ukraynanın müdafiə qabiliyyətini saxlamaqdır”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlüyünün sürətləndirilməsi ilə bağlı ərizəni imzalayıb.
Son xəbərlər
14:30
Nigar Arpadarai: Azərbaycan COP31 və COP32-yə öz təcrübəsi ilə dəstək verməyə çalışır
Xarici siyasət
14:29
Foto
Teymur Musayev: Böyük Qafqazın Azərbaycan hissəsində buzlaqların sahəsi 9 faiz azalıb
Xarici siyasət
14:29
Foto
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirib
Hadisə
14:15
Japarov: Qırğızıstanda seçkilər ərəfəsində millətlərarası münaqişə yaratmağa cəhd edə bilərlər
Region
14:15
Süni intellekt məhsulu üzrə xüsusi beynəlxalq protokolun yaradılması təklif edilib
Elm və təhsil
14:09
Zelenski Ukrayna üzərində "Starshield"in iş sürətinin məhdudlaşdırıldığını bildirib
Digər ölkələr
14:06
Azərbaycanın icmal büdcəsinin profisiti 8 milyard manata yaxınlaşıb
Maliyyə
14:01
"Real", PSJ və "Arsenal" Joan Qadu ilə maraqlanır
Futbol
13:56
Sandu: Moldova Azərbaycanla energetika sahəsində əməkdaşlıqda maraqlıdır
Xarici siyasət