Avropa İttifaqı hərbi əməkdaşlığı gücləndirməyi zəruri hesab edir

Digər ölkələr
  • 14 may, 2019
  • 17:03
Avropa İttifaqı hərbi əməkdaşlığı gücləndirməyi zəruri hesab edir

Avropa İttifaqı Şurası üzv ölkələri hərbi əməkdaşlığı, o cümlədən Daimi Struktur Əməkdaşlığı çərçivəsində müdafiə sənayesini inkişaf etdirməyə çağırıb.

“Report” Aİ-nin açıqlamasına istinadən xəbər verir ki, təşkilat üzv ölkələrin hərbi sistemlərini yaxınlaşdırmaqla müdafiə imkanlarını artırmaq istiqamətində daha çox hüquqi öhdəliklərin yerinə yetirilməsində irəliləyişə nail olmaq zəruriliyini qeyd edib.