Aİ: Britaniya yeni qanun qəbul ediləcəyi təqdirdə “Brexit” sazişini pozacaq

Aİ: Britaniya yeni qanun qəbul ediləcəyi təqdirdə “Brexit” sazişini pozacaq "Çıxış haqqında sazişin şərtlərinin pozulması beynəlxalq hüququn pozulması olacaq, etimadı zəiflədəcək və gələcək münasibətlərlə bağlı davam edən danışıqları təhlükə altına qoyacaq"
Digər ölkələr
10 Sentyabr , 2020 20:08
Aİ: Britaniya yeni qanun qəbul ediləcəyi təqdirdə “Brexit” sazişini pozacaq

“Brexit” sazişi 1 fevral 2020-ci ildə qüvvəyə minib... Həmin andan etibarən Avropa İttifaqı, nə də Böyük Britaniya razılaşmanı birtərəfli qaydada dəyişdirə, dəqiqləşdirə, düzəldə, şərh edə, qəbul etməyə və ya rədd edə bilməz”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikirlər Avropa Komissiyasının (AK) bəyanatında yer alıb.

AK bu bəyanatı Britaniyada yeni daxili bazarlar barədə qanunun qəbul edilməsi ehtimalı fonunda yayıb və qarşı tərəfə bir növ xəbərdarlıq edib.

“Çıxış haqqında sazişin şərtlərinin pozulması beynəlxalq hüququn pozulması olacaq, etimadı zəiflədəcək və gələcək münasibətlərlə bağlı davam edən danışıqları təhlükə altına qoyacaq”, - bəyanatda qeyd olunur.

Sənəddə Aİ-nin Britaniyanın sazişin ruhuna və yazılan maddələrinə hərfbəhərf əməl edəcəyini gözlədiyi də vurğulanıb.

Məlumat üçün bildirək ki, hazırda “Brexit” sazişində Şimali İrlandiya bir tərəfdən Böyük Britaniyanın gömrük məkanına aid olsa da, eyni zamanda Avropa İttifaqının vahid bazar və gömrük məkanında iştirak edən ərazi kimi təsbit edilir. KİV-ə görə, hökumətin hazırladığı qanunda isə bölgənin bu statusu ortadan qaldırılmalıdır.

Son xəbərlər

Orphus sistemi