Ağ Ev rəhbəri: Putin müharibə istəmir

Ağ Ev rəhbəri: Putin müharibə istəmir ABŞ Prezidenti Cozef Bayden əmindir ki, Rusiya lideri Vladimir Putin Ukrayna ilə bağlı vəziyyətdə Qərbi sınaqdan keçirir, lakin müharibə istəmir.
Digər ölkələr
20 Yanvar , 2022 02:48
Ağ Ev rəhbəri: Putin müharibə istəmir

ABŞ Prezidenti Cozef Bayden əmindir ki, Rusiya lideri Vladimir Putin Ukrayna ilə bağlı vəziyyətdə Qərbi sınaqdan keçirir, lakin müharibə istəmir.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

“Düşünürəm ki, o (Putin-red) hələ də hər hansı tam müharibə istəmir”, - Bayden mətbuat konfransında deyib.

Bayden Putinlə söhbət zamanı bir-birini başa düşdüklərini vurğulayıb.

ABŞ prezidenti rusiyalı həmkarı ilə yeni sammitin keçirilməsi imkanları barədə düşündüyünü bildirib.

"Bəli, mən əvvəlki kimi belə imkanın olduğuna inanıram", - Bayden mətbuat konfransında iki ölkə nümayəndələri arasında Ukrayna ilə bağlı böhranın aradan qaldırılması üçün açarların tapılmasına həsr olunmuş diplomatik müzakirələrin gedişatını şərh edərkən deyib.

Son xəbərlər

Orphus sistemi