Ağ Ev: Özbəkistan vətəndaşlarının ABŞ-a gəlişinə dair məhdudiyyətlərin tətbiqi istisna edilmir

Ağ Ev: Özbəkistan vətəndaşlarının ABŞ-a gəlişinə dair məhdudiyyətlərin tətbiqi istisna edilmir "Sara Sanders: "Biz bunu nəzərdən keçirməliyik"
Digər ölkələr
2 Noyabr , 2017 03:36
Ağ Ev: Özbəkistan vətəndaşlarının ABŞ-a gəlişinə dair məhdudiyyətlərin tətbiqi istisna edilmir

Bakı. 2 noyabr. REPORT.AZ/ Ağ Ev Özbəkistanı vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoya bilər.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə brifinqdə jurnalistlərin suallarını cavablandıran Ağ Evin mətbuat katibi Sara Sanders deyib.

"Biz bunu nəzərdən keçirməliyik. Bunu istisna etmirik", - deyə mətbuat katibi bildirib. 

Qeyd edək ki, noyabrın 1-də Nyu-Yorkda sürücünün yük maşınını piyadaların üzərinə sürməsi nəticəsində 8 nəfər ölüb, 12-dən çox insan yaralanıb. Saxlanılan şəxs Florida ştatında yaşayan Özbəkistan vətəndaşı Sayfullo Saipovdur. 

Hakimiyyət dairələri onun qəsdən bu əmələ əl atdığını hesab edirlər və bunu terror aktı adlandırırlar.

Son xəbərlər

Orphus sistemi