Ağ Ev: “ABŞ Konqresinin respublikaçıları Ukraynaya yardımı “girov saxlayır”

Ağ Ev: “ABŞ Konqresinin respublikaçıları Ukraynaya yardımı “girov saxlayır” ABŞ administrasiyası respublikaçıların Ukraynaya yardımın davam etdirilməsi üçün şərt kimi irəli sürdüyü ABŞ-ın cənub sərhədi üzərində nəzarətin gücləndirilməsi tələblərini rədd edib.
Digər ölkələr
6 Dekabr , 2023 20:43
Ağ Ev: “ABŞ Konqresinin respublikaçıları Ukraynaya yardımı “girov saxlayır”

ABŞ administrasiyası respublikaçıların Ukraynaya yardımın davam etdirilməsi üçün şərt kimi irəli sürdüyü cənub sərhədi üzərində nəzarətin gücləndirilməsi tələblərini rədd edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz bilirik ki, Konqresdə Ukraynaya ikipartiyalı dəstək var, lakin ABŞ-ın cənub sərhədində bir sıra olduqca sərt sərhəd tədbirləri tələb etməklə Ukraynaya dəstəyi “girov saxlamaq” istəyən bir sıra respublikaçılar bizi aldatdı”, - o deyib.

C.Kirbinin sözlərinə görə, Kiyevə yardım çərşənbə axşamı təsdiq edilməli idi, lakin respublikaçıların mövqeyinə görə bu, baş tutmayıb. Bununla bağlı o, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözçüsünün “ABŞ-ın dəstəyi olmadan Ukraynanın bu müharibəni uduzması riski böyükdür” sözlərindən sitat gətirib.

Son xəbərlər

Orphus sistemi