Afrində PKK tərəfdən döyüşən 29 əcnəbi terrorçu zərərsizləşdirilib

Digər ölkələr
  • 09 mart, 2018
  • 11:50
Afrində PKK tərəfdən döyüşən 29 əcnəbi terrorçu zərərsizləşdirilib

Bakı. 9 mart. REPORT.AZ/ Afrində Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusuna qarşı terrorçu PKK/YPG-PYD tərəfindən döyüşən xarici ölkələrin 422 vətəndaşından 29-u məhv edilib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, terrorçular arasında snayper, silah təlimatçısı, ABŞ-ın xüsusi təyinatlılarında xidmət edən, ağır texnika üzrə mütəxəssisin olduğu bildirilir.

422 terrorçunun ABŞ-la yanaşı, Fransa, Çin, Yaponiya, Əlcəzair, Kanada, Britaniya, Almaniya, Hollandiya, Danimarka, Sloveniya, Avstraliya və İspaniya vətəndaşları olduğu təsbit edilib.

Afrinin Keltepe bölgəsində Türkiyənin 9 hərbçisinin şəhid olduğu ərazi terrorçulardan təmizlənəndən sonra oradakı tunellərdə bir xüsusi otağın olduğu aşkarlanıb. Həmin yerdə əksəriyyəti ABŞ vətəndaşı olan əcnəbilərin terrorçu PKK/YPG-PYD-yə dəstək verdiyi müəyyənləşib.

Qeyd edək ki, martın 1-də Keltepedə çiskinli və yağmurlu hava şəraitindən istifadə edən terrorçular Türkiyə hərbçilərinə hücum etmiş və 9 hərbçi şəhid olmuşdu. Orada baş verən atışma nəticəsində 100-dən çox terrorçu məhv edilmişdi.