Afrində partlayış nəticəsində azı 2 nəfər ölüb

Afrində partlayış nəticəsində azı 2 nəfər ölüb Suriyanın Hələb vilayətinin Afrin şəhərində güclü partlayış baş verib
Digər ölkələr
30 Yanvar , 2021 16:49
Afrində partlayış nəticəsində azı 2 nəfər ölüb

Suriyanın şimalındakı Hələb vilayətinin Afrin şəhərində güclü partlayış nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, ölənlərin sayının artacağı istisna edilmir.

Araşdırma üçün hadisə yerinə gələn hüquq-mühafizə orqanları hücumun YPG/PKK terror təşkilatı tərəfindən törədildiyi ehtimalını irəli sürüb.

16:01

Suriyanın Hələb vilayətinin Afrin şəhərində güclü partlayış baş verib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, hadisəyə səbəb bomba yüklü avtomobilin partlaması olub.

Olay nəticəsində ölən və yaralıların olduğu bildirilib.

Qeyd edək ki, Afrin şəhəri və ətraf bölgələr 2018-ci ildən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi