Afrində 3 əcnəbi terrorçu zərərsizləşdirilib

Digər ölkələr
  • 19 fevral, 2018
  • 08:15
Afrində 3 əcnəbi terrorçu zərərsizləşdirilib

Bakı. 19 fevral. REPORT.AZ/ Afrində Türkiyə hərbçilərinin yerləşdiyi əraziyə bombalı hücum etmək istəyən Niderland vətəndaşı, 45 yaşlı Sjoerd Heeger xüsusi təyinatlılar tərəfindən məhv edilib.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, o, iki il əvvəl terrorçu PKK qruplaşmasının Suriyadakı qollarından biri olan YPG-yə qoşulub.

Məlumata görə, Hollandiyada həyat yoldaşı və bir qızını ataraq Suriyaya gəlib və YPG-də “Baran Sason” kod adı altında fəaliyyət göstərib. Terrorçubaşı Abdullah Öcalanın fotoqrafı olan geyimlə "YPG sıralarında bir hollandiyalı” kimi xarici KİV-də onun barəsində reportaj yayılmışdı.

Hollandiyanın Xarici İşlər Nazirliyi terrorçunun ölümünü təsdiqləyərək ailəsinin onun meyitinə sahib çıxmaq istəmədiyini bildirib.

Ötən həftə “Zeytun budağı” əməliyyatı nəticəsində daha iki əcnəbi terrorçu məhv edilib. Onlardan biri İspaniya vətəndaşı, 1993-cü ildə andan olmuş Samuel Leon, digəri isə 1977-ci il təvəllüdlü, Fransa vətəndaşı Olivier François Jan Le Kleyndir.