Yuxarı

​Afrikada partlayış törətmək istəyən şəxslər yandırılıb

İki gənc polis məntəqəsini partlatmağı planlaşdırıb

Bakı. 8 mart. REPORT.AZ/ Malidə Qao şəhərinin yerli sakinləri partlayış törətməyə cəhd göstərən iki gənci yandırıblar.

"Report" xəbər verir ki, bu barədə "Franc-Press" məlumat yayıb.

"İki gənc sərhəd polis məntəqəsi yaxınlığında partlayış törətməyi planlaşdırıb. Onlar qurğunu məsafədən partlatmaq istəyərkən, yerli sakinlər tərəfindən yaxalanaraq diri-diri yandırılıblar", - deyə təhlükəsizlik xidmətindəki mənbə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi