Afinada polislə anarxistlər arasında toqquşma olub

Afinada polislə anarxistlər arasında toqquşma olub İğtişaş Texniki Universitet ərazisində baş verib
Digər ölkələr
20 Aprel , 2017 03:26
Afinada polislə anarxistlər arasında toqquşma olub

Bakı. 20 aprel. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinanın mərkəzində yerləşən Texniki Universitet ərazisində iğtişaş baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bir qrup anarxist polis əməkdaşlarına hücum edərək onlara daş və "Molotov kokteyli" atıblar.

Universitet son vaxtlar polislərlə anarxist qüvvələr arasında qarşıdurmaların intensivləşdiyi Ekzarxiya rayonu ərazisində yerləşir.

Son xəbərlər

Orphus sistemi