Afinada etirazlar zamanı 23 nəfər saxlanılıb

Afinada etirazlar zamanı 23 nəfər saxlanılıb Polislərdən biri yaralanıb
Digər ölkələr
7 Dekabr , 2016 05:53
Afinada etirazlar zamanı 23 nəfər saxlanılıb

Bakı. 7 dekabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada 2008-ci ildə saxlanılan zaman həlak olmuş yeniyetmənin xatirəsinə həsr olunan dinc yürüş etirazçılarla polis arasında toqquşmaya çevrildikdən sonra iğtişaşlar başlayıb.

"Report" AP-yə istinadən xəbər verir ki, qanun keşikçiləri artıq 23 nəfəri saxlayıblar.

Polislərdən biri xəstəxanaya yerləşdirilib. Lakin onun yarası ciddi təhlükə kəsb etmir. İğtişaşlarda onlarla insan iştirak edib.

Etirazlar hər il 2008-ci ildə polis tərəfindən güllələnən 15 yaşlı Aleksandros Qriqoropulosun xatirəsinin yad edilməsi məqsədi ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi