Afina və Skopye Makedoniyanın yeni adı barədə saziş imzalayıb

Afina və Skopye Makedoniyanın yeni adı barədə saziş imzalayıb Ölkə Şimali Makedoniya Respublikası adlanacaq
Digər ölkələr
17 İyun , 2018 14:59
Afina və Skopye Makedoniyanın yeni adı barədə saziş imzalayıb

Bakı. 17 iyun. REPORT.AZ/ Yunanıstan və Makedoniyanın xarici işlər nazirləri Nikos Kotzias və Nikola Dimitrov bazar günü keçmiş Yuqoslaviya Respublikasının Şimali Makedoniya Respublikası adlandırılmasına dair saziş imzalayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Makedoniya mətbuatı yazıb.

İmzalanma mərasimi Yunanıstanın Makedoniya və Albaniya ilə sərhədində baş tutub.

Son xəbərlər

Orphus sistemi