ABŞ səfirliyi yenidən vizaların verilməsinə başlayıb

ABŞ səfirliyi yenidən vizaların verilməsinə başlayıb ABŞ Dövlət Departamenti vizaların verilməsi ilə bağlı problemi aradan qaldırıb
Digər ölkələr
19 Avqust , 2014 17:31
ABŞ səfirliyi yenidən vizaların verilməsinə başlayıb
Bakı. 19 avqust. REPORT.AZ/ ABŞ Dövlət Departamentində vizaların verilməsi ilə bağlı problem aradan qaldırılıb.  

Report xarici KİV-ə istinadən xəbər verir ki, vizaların verilmə prosesi tam bərpa olunub. 

Qeyd edək ki, vizaların verilməsi ilə bağlı problem iyul ayının sonlarında pasport-viza sistemində texniki səbəblərdən yaranıb. Bunun nəticəsində ABŞ-ın Azərbaycandakı konsulluğu da daxil olmaqla ABŞ Diplomatik missiyası vətəndaşlara bu ölkəyə getmək üçün viza verə bilmirdi. 

Son xəbərlər

Orphus sistemi