ABŞ vətəndaşlarına Venesuelanı tərk etməyi məsləhət görüb
Digər ölkələr
- 25 yanvar, 2019
- 16:21
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 yanvar. REPORT.AZ/ ABŞ Venesueladakı siyasi böhranın kəskinləşməsi ilə bağlı vətəndaşlarına bu ölkəni tərk etməyi məsləhət görüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin Konsulluq Bürosu “Twitter”dəki səhifəsində qeyd olunub.
Açıqlamada ABŞ hökumətinin hazırkı vəziyyətdə Venesueladakı ABŞ vətəndaşlarına təcili xidmətlər göstərmək imkanının yox dərəcədə olduğu qeyd olunur.
“Venesuelada yaşayan və ya oraya gedən ABŞ vətəndaşları bu ölkəni tərk etmək, yaxud oraya getmək fikrindən daşınmaq barədə ciddi düşünməlidir”, - deyə Dövlət Departamentinin açıqlamasında vurğulanır.
Son xəbərlər
08:46
Braziliyada Ali Məhkəmənin yaxınlığında şübhəli çanta aşkarlanıb
Digər ölkələr08:30
Yasamal və Qaradağın bəzi ərazilərində işıq kəsiləcək
Energetika08:27
Bakının iki rayonunda qaz olmayacaq
Energetika08:20
Husilərə yardım edən ABŞ Energetika Nazirliyinin əməkdaşı saxlanılıb
Digər ölkələr08:14
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:05
Qırğızıstan ilk dəfə öz milli peykini kosmosa göndərib
Digər ölkələr07:33
ABŞ Avropa və Yaxın Şərqə nəzərdə tutulan 52 milyonu Latın Amerikasına yönəldəcək
Digər ölkələr07:01
Tramp: Demokratlar Konqresə aralıq seçkilərində qalib gəlsələr, mənə impiçment elan etməyə çalışacaqlar
Digər ölkələr06:42