ABŞ və Rusiya prezidentlərinin növbəti görüşünün mümkün tarixi və yeri açıqlanıb

ABŞ və Rusiya prezidentlərinin növbəti görüşünün mümkün tarixi və yeri açıqlanıb Bakı. 10 oktyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin gələn ilin əvvəlində Finlandiyada yenidən görüşə bilərlər.
Digər ölkələr
10 Oktyabr , 2018 21:08
ABŞ və Rusiya prezidentlərinin növbəti görüşünün mümkün tarixi və yeri açıqlanıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ ABŞ Prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin gələn ilin əvvəlində Finlandiyada yenidən görüşə bilərlər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hər iki lider Finlandiyanın sədrlik etdiyi Arktika Şurasının 2019-cu ilin birinci yarısında keçirilməsi nəzərdə tutulan zirvə görüşünə dəvət ediliblər.

Hazırda gürüşün tarixi razılaşdırılır. Mümkün variantlardan biri 14 fevral - Müqəddəs Valentin günü göstərilir.

Qeyd edək ki, Donald Trampla Vladimir Putin arasında sonuncu görüş bu il iyulun 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində keçirilib.

Son xəbərlər

Orphus sistemi