Yuxarı

​ABŞ və Kubanın XİN başçıları görüşüb

Barak Obama ilə Raul Kastro arasında da görüşün keçiriləcəyi ehtimal olunur

Bakı. 10 aprel. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri ilə Kubanın xarici işlər naziri Bruno Rodrigers arasında Amerika sammiti çərçivəsində keçirilən görüş başa çatıb.

"Report" xəbər verir ki, diplomatların görüşünə dair fotolar ABŞ Dövlət Departamentinin Twitter səhifəsində yayılıb.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.

Məlumata görə, sammitdə ABŞ prezidenti Barak Obama ilə Kubanın lideri Raul Kastro arasında da görüşün keçiriləcəyi ehtimal olunur. 

Xatırladaq ki, bu, son 50 ildə iki dövlətin yüksək səviyyəli diplomatları arasında keçirilən ilk görüşdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi