ABŞ və İraq beynəlxalq koalisiya qoşunlarının çıxarılması ilə bağlı razılığa gəlib

ABŞ və İraq beynəlxalq koalisiya qoşunlarının çıxarılması ilə bağlı razılığa gəlib ABŞ və İraq İŞİD ilə mübarizə üzrə beynəlxalq koalisiyanın qüvvələrinin çıxarılması planlarına dair razılığa gəliblər.
Digər ölkələr
6 Sentyabr , 2024 21:12
ABŞ və İraq beynəlxalq koalisiya qoşunlarının çıxarılması ilə bağlı razılığa gəlib

Vaşinqton və Bağdad İŞİD ilə mübarizə üzrə beynəlxalq koalisiyanın qüvvələrinin İraqdan çıxarılması planlarına dair razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Razılaşma iki dövlət arasında altı aydan çox davam edən danışıqların nəticəsi olub.

İlkin plan yüzlərlə hərbçinin 2025-ci ilin sentyabrına, qalanlarının isə 2026-cı ilin sonuna qədər çıxarılmasını nəzərdə tutur.

Tərəflər qoşunların sayının azaldılmasından sonra da ABŞ ordusunun bir hissəsinin İraqda qala bilməsi ilə bağlı müzakirələri davam etdirilər.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, razılaşmanın rəsmi elanı bir neçə həftə əvvəl nəzərdə tutulmuşdu, lakin Yaxın Şərqdə vəziyyətin pisləşməsi və qalan detalları dəqiqləşdirmək üçün təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi