ABŞ və Çin ticarət sənədlərinin imzalanacağı tarix açıqlanıb

Digər ölkələr
  • 17 aprel, 2019
  • 23:52
ABŞ və Çin ticarət sənədlərinin imzalanacağı tarix açıqlanıb

ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Szinpin ticarətlə bağlı yeni saziş layihəsi imzalaya bilər.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, imzalanma mərasimi Trampın Yaponiyaya səfəri zamanı gözlənilir.

Agentliyin məlumatına görə, ABŞ və Çinin nümayəndələri mayın əvvəlində nailiyyət qazandıqlarını elan etməyi planlaşdırırlar.

Bildirilir ki, bununla yanaşı ABŞ-ın maliyyə naziri Stiven Mnuçin aprelin 29-da Pekinə yola düşəcək.