ABŞ və Almaniyanın müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

ABŞ və Almaniyanın müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə ediblər ABŞ-ın müdafiə naziri Lloyd Ostin və onun almaniyalı həmkarı Kristine Lambrext Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya ilə olan diplomatik təmasları müzakirə ediblər
Digər ölkələr
29 Yanvar , 2022 00:36
ABŞ və Almaniyanın müdafiə nazirləri Ukraynadakı vəziyyəti müzakirə ediblər

ABŞ-ın müdafiə naziri Lloyd Ostin almaniyalı həmkarı Kristine Lambrextlə Ukrayna ətrafındakı vəziyyəti, Rusiya ilə olan diplomatik təmasları müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbinin yazılı açıqlamasında qeyd olunub.

“L.Ostin və K.Lambrext Rusiyanın Ukrayna yaxınlığı və daxilində davam edən əsassız hərbi güclənməsi ilə bağlı narahatlıqları müzakirə ediblər. Hər iki nazir Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiklərini vurğulayıblar. Nazirlər Rusiya ilə son diplomatik təmasları, onun təhlükəli yoldan dönməsinin vacibliyini müzakirə ediblər və Ukraynaya daha çox müdaxilə edəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyi ilə razılaşıblar”, - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi