ABŞ Ukraynaya humanitar yardım üçün 54 milyon dollar ayırıb

ABŞ Ukraynaya humanitar yardım üçün 54 milyon dollar ayırıb ABŞ döyüşlərdən zərər çəkmiş ukraynalılara 54 milyon dollar humanitar yardım edir.
Digər ölkələr
28 Fevral , 2022 05:18
ABŞ Ukraynaya humanitar yardım üçün 54 milyon dollar ayırıb

ABŞ döyüşlərdən zərər çəkmiş ukraynalılara 54 milyon dollar humanitar yardım edir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, bu vəsait beynəlxalq humanitar təşkilatlara əhalinin ərzaq, içməli su ilə təminatı, yaşayış yerlərinin təşkili, təcili tibbi yardımın göstərilməsi və mühafizənin təmin edilməsi üçün göndəriləcək.

"Ayrılan maliyyə vəsaiti humanitar təşkilatlara münaqişə nəticəsində ayrılmış ailə üzvləri ilə əlaqə saxlamağa da kömək edəcək", - Blinken qeyd edib.

Vəsaitin təxminən 26 milyonu Dövlət Departamenti, 28 milyonu isə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən ayrılacaq.

Bundan əvvəl Blinken Ukraynaya zenit və tank əleyhinə silahlar da daxil olmaqla 350 milyon ABŞ dolları məbləğində əlavə hərbi yardım ayrılacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi