Bakı. 16 iyun. REPORT.AZ/ ABŞ Ukraynada bir sıra sahələrdə islahatların keçirilməsinə 220 milyon dollar ayıracaq.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, Ukraynanın baş naziri Vladimir Qroysmanla görüş zamanı ABŞ-ın vitse-prezidenti Co Bayden ayrılacaq 220 milyon dolların iqtisadi, siyasi və enerji sahələrində islahatların keçirilməsinə sərf olunacağını bildirib.
ABŞ rəsmisi bu paketi ölkəsinin Ukraynada demokratik institutların, iqtisadi artımın əsasların gücləndirilməsinə və humanitar ehtiyacların təmin olunmasına dəstəyinin davamı kimi qiymətləndirib.