ABŞ Ukrayna üçün “NASAMS” hava hücumundan müdafiə sistemləri alır

ABŞ Ukrayna üçün “NASAMS” hava hücumundan müdafiə sistemləri alır ABŞ hakimiyyəti Ukrayna üçün “NASAMS” hava hücumundan müdafiə sistemlərinin alınması üçün “Raytheon Missiles and Defense” şirkətilə 1,216 milyard dollarlıq müqavilə imzalayıb.
Digər ölkələr
1 Dekabr , 2022 03:13
ABŞ Ukrayna üçün “NASAMS” hava hücumundan müdafiə sistemləri alır

ABŞ hakimiyyəti Ukrayna üçün “NASAMS” hava hücumundan müdafiə sistemlərinin alınması üçün “Raytheon Missiles and Defense” şirkətilə 1,216 milyard dollarlıq müqavilə imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun yaydığı məlumatda deyilir.

Bundan əlavə, müqaviləyə təkcə hava hücumundan müdafiə sistemləri deyil, həm müvafiq avadanlıq, həm ehtiyat hissələri, həm də Ukrayna ordusu üçün təlim və maddi-texniki dəstək də daxildir.

Qeyd olunub ki, altı “NASAMS” batareyasının alınması Ukraynaya təhlükəsizlik sahəsində yardımın beşinci paketinin bir hissəsidir.

Son xəbərlər

Orphus sistemi