ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirir

Digər ölkələr
  • 28 aprel, 2022
  • 02:13
ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirir

ABŞ Ukrayna tərəfinə kəşfiyyat məlumatlarının verilməsinə dair bir sıra məhdudiyyətləri aradan qaldırdığını elan edib.

"Report" bu barədə "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, daha ​​aktiv mübadilə Ukraynaya kömək edəcək.

Qeyd edilir ki, aprelin əvvəlində ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns bu məsələni Konqresdə qaldırıb.

Bundan əvvəl isə Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin üzvü, respublikaçı Mayk Törner ABŞ administrasiyasının bu cür məhdudiyyətləri aradan qaldırmağa çağıran məxfi mesaj yayıb.