ABŞ Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya qarşı hərbi tədbirləri nəzərdən keçirir

ABŞ Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya qarşı hərbi tədbirləri nəzərdən keçirir ABŞ-ın BMT-dəki səfiri Rusiyaya qarşı hərbi tədbirlərin görülməsi üçün şərtləri açıqlayıb.
Digər ölkələr
22 Yanvar , 2022 03:18
ABŞ Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya qarşı hərbi tədbirləri nəzərdən keçirir

ABŞ-ın BMT-dəki səfiri Rusiyaya qarşı hərbi tədbirlərin görülməsi üçün şərtləri açıqlayıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

“Birləşmiş Ştatlar Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya qarşı iqtisadi tədbirlərlə yanaşı, hərbi tədbirləri də nəzərdən keçirir”, - ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

"Hərbi əks tədbirlər də nəzərdə tutulurmu" sualına Tomas-Qrinfild belə cavab verib: "Cavabımız baxımından heç nəyi istisna etmədiyimizi bildirdik".

O, qeyd edib ki, ABŞ Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya qarşı hərbi tədbirləri nəzərdən keçirir.

Daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Rusiyanı indiyə qədər görünməmiş sanksiyalarla hədələyib.

Bayden hesab edir ki, Putin seçim qarşısındadır: deeskalasiya, diplomatiya, yaxud qarşıdurma və nəticələr. Ağ Ev rəhbəri qeyd edib ki, Ukrayna ətrafında vəziyyət çətinləşsə, Rusiya dollar əməliyyatları apara bilməyəcək. Bayden Ukrayna ətrafında eskalasiya olacağı təqdirdə Rusiyaya “fəlakət” vəd edib. “Əgər onlar Ukraynanı istila etməyə davam etsələr, bu, Rusiya üçün fəlakət olacaq”, - Bayden deyib. Ağ Ev rəhbərinin sözlərinə görə, ruslar bunu etsələr, orta və uzunmüddətli perspektivdə bunun üçün böyük bədəl ödəməli olacaqlar.

ABŞ Prezidenti bununla yanaşı Rusiya lideri Vladimir Putinin Ukrayna ilə bağlı vəziyyətdə Qərbi sınaqdan keçirdiyini, lakin müharibə istəmədiyini deyib.

“Düşünürəm ki, o (Putin-red) hələ də hər hansı tam müharibə istəmir”, - Bayden vurğulayıb.

Son xəbərlər

Orphus sistemi