ABŞ, Türkiyə, Ukrayna prezidentləri BMT Baş Assambleyasında çıxış edəcəklər

ABŞ, Türkiyə, Ukrayna prezidentləri BMT Baş Assambleyasında çıxış edəcəklər Bir sıra ölkələrin prezidentləri BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış etməyi planlaşdırırlar.
Digər ölkələr
17 Avqust , 2021 05:12
ABŞ, Türkiyə, Ukrayna prezidentləri BMT Baş Assambleyasında çıxış edəcəklər

Bir sıra ölkələrin prezidentləri BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış etməyi planlaşdırırlar.

“Report” xəbər verir ki, bu barədə TASS Assambleyanın proqramına istinadən məlumat yayıb.

Məlumata görə, Braziliya, Venesuela, Qırğızıstan, Livan, Moldova, Fələstin, Polşa, ABŞ, Türkiyə, Ukrayna, Fransa və Estoniya rəhbərləri BMT-nin ənənəvi toplantısında çıxış edəcəklər.

Bundan başqa Böyük Britaniyanın, Haitinin, Gürcüstanın, İsrailin, İtaliyanın, Kanadanın, Pakistanın və Yaponiyanın hökumət başçılarının beynəlxalq təşkilatda çıxışları gözlənilir.

Baş Assambleyanın yüksək səviyyəli həftəsi sentyabrın 21-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi