ABŞ Tokio olimpiadasında iştirak edəcək

ABŞ Tokio olimpiadasında iştirak edəcək ABŞ-ın mövqeyi dəyişməzdir
Digər ölkələr
9 Aprel , 2021 04:07
ABŞ Tokio olimpiadasında iştirak edəcək

ABŞ Yaponiyada pisləşən epidemioloji vəziyyətin əlamətlərinə baxmayaraq yaxınlaşan Tokio Olimpiadasında iştirak etmək niyyətindədir.

“Report” bildirir ki, bunu Ağ evin mətbuat katibi Cen Psaki deyib. Onun sözlərinə görə, ABŞ-ın mövqeyi dəyişməzdir:

“Əlbətdə ki, ABŞ Milli Olimpiya Komitəsi, eləcə də ABŞ hökumətindəki səhiyyə məsləhətçilərimizlə sıx əlaqədəyik. Ancaq oyunlara qatılan Amerika idmançıları ilə bağlı mövqeyimiz dəyişməyib”.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust 2020-ci ildə keçirilməli idi. Lakin Oyunlar koronavirus pandemiyası ilə əlaqədar bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi