ABŞ-ın hərbi helikopteri Yəmən sahillərində qəzaya uğrayıb

ABŞ-ın hərbi helikopteri Yəmən sahillərində qəzaya uğrayıb Hadisə zamanı vertolyotun göyərtəsində olmuş hərbi qulluqçulardan 5-i xilas edilib
Digər ölkələr
26 Avqust , 2017 07:54
ABŞ-ın hərbi helikopteri Yəmən sahillərində qəzaya uğrayıb

Bakı. 26 avqust. REPORT.AZ/ ABŞ hərbi helikopteri Yəmən sahillərində qəzaya uğrayıb.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

ABŞ-ın Mərkəzi Komandanlığına əsasən verilən xəbərdə bildirilir ki, hərbçilərdən birinin axtarışı davam etdirilir.

"Black Hawk" ABŞ helikopteri təlim uçuşu zamanı avqustun 25-də, yerli vaxtla təxminən axşam saat 19 radələrində Yəmənin cənub sahillərindən 36 kilometr məsafədə qəzaya uğrayıb", - deyə xəbərdə bildirilir.

Hadisə zamanı helikopterin göyərtəsində olmuş hərbi qulluqçulardan 5-i xilas edilib, 1-nin axtarışı davam etdrilir.

Faktla bağlı təhqiqat aparılacaq. Komandanlıq qəzanın mümkün səbəbləri barədə məlumat verməyib.

Son xəbərlər

Orphus sistemi