Əfqanıstanda zorkalığın artması fonunda ölkədə fəaliyyət göstərən radikal "Taliban" hərəkatı ilə ABŞ rəsmiləri gələn həftə vəziyyətin nizamlanması ilə bağlı danışıqları bərpa etməyi planlaşdırırlar.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat verib.
Qeyd edək ki, ABŞ "Taliban"la Əfqanıstandakı vəziyyətin həlli və ABŞ qoşunlarının çıxarılmasına dair danışıqlar aparır. Bu danışıqlar müzakirələrə dəvət edilməyən Əfqanıstan hökumətinin dəfələrlə narazılığına səbəb olub. ABŞ-ın rəsmi mövqeyi ondan ibarətdir ki, ölkə hökuməti də bu prosesə mütləq cəlb edilməlidir.
"Tərəflər arasındakı danışıqlar iyulin 24-də və ya 25-də bərpa edilə bilər. Əsas diqqət yəqin ki ABŞ qoşunlarının çıxarılmasına yönəldiləcək. Çünki, bu məsələdə razılaşma əldə olunmayıb, ABŞ qoşunlarının iki ildən sonra çıxarmaq istəyirsə, "Taliban" müddətin altı ay olmasında israr edir", - "Talaban"a yaxın mənbə bildirib.