Yuxarı

​ABŞ Suriyaya qarşı sanksiyaların müddətini uzadıb

Bu barədə prezident Barak Obama qərar qəbul edib

Bakı. 3 May. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Suriyaya qarşı sanksiyaların müddətinin uzadılması barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

Məlumata görə, Obama bu addımını hazırkı rejimin Suriya xalqı ilə "amansız müharibə" içində olması ilə izah edib. Prezident qeyd edib ki, Suriya daxilində vətəndaş müharibəsi təkcə ölkənin deyil, həm də bütün regionun stabilliyi üçün təhlükə yaradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi