ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb - YENİLƏNİB

ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb - YENİLƏNİB
Digər ölkələr
4231
19 Dekabr , 2018 20:12
ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 19 dekabr. REPORT.AZ/ ABŞ qoşunlarını Suriyadan çıxarmağa başlayıb. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders məlumat verib.

“ABŞ qoşunlarını çıxarmağa başlamışıq, bu kampaniyanın sonrakı mərhələsinə keçirik”, – deyə onun ABŞ-ın Suriyadakı əməliyyatlarına həsr olunmuş yazılı açıqlamasında qeyd edilib.


*** 17:42

ABŞ Suriyadakı bütün hərbi qüvvələrini çıxarmağı planlaşdırır.

“Report” xəbər verir ki, məlumatı “Reuters” agentliyi yayıb.

Rəsmi Vaşinqton müttəfiqlərinə Suriyanın şimal-şərqindəki hərbi qüvvələrini çıxaracağı barədə xəbərdarlıq edib.

Agentlik bildirib ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bundan sonra ABŞ-ın Suriyadakı hərbi qüvvələrini çıxaracağı barədə informasiya yayılıb.

Qeyd edək ki, Türkiyə ABŞ-dan terrorçu PKK/YPG-PYD qruplaşmasına dəstək verməyi dayandırmağı və Fərat çayının şərqindən onların çıxarılmasını tələb edir.