ABŞ Sudana maliyyə yardımını dayandırıb

ABŞ Sudana maliyyə yardımını dayandırıb ABŞ dövlət çevrilişindən sonra Sudana maliyyə yardımını dondurub.
Digər ölkələr
26 Oktyabr , 2021 02:15
ABŞ Sudana maliyyə yardımını dayandırıb

ABŞ dövlət çevrilişindən sonra Sudana maliyyə yardımını dondurub.

“Report” xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton ölkədə mövcud vəziyyəti nəzərə alaraq Sudana iqtisadi dəstək üçün ayrılan 700 milyon dollarlıq yardımı dayandırır.

Ağ Ev rəsmisi əlavə edib ki, bu vəsaitlər Sudandakı demokratik keçidi dəstəkləmək üçün nəzərdə tutulmuşdu:

“Amerika administrasiyası Sudan hərbçilərindən Xartumdakı rəhbərliyə qarşı tədbir görmək niyyəti barədə əvvəlcədən heç bir bildiriş almayıb. Hərbçilər həbsdə olan bütün siyasi xadimləri dərhal azad etməli, onların təhlükəsizliyini təmin etməlidirlər. Mülki şəxslərin başçılıq etdiyi keçid hökuməti tam bərpa olunmalı, nümayişçilərə qarşı hər hansı zorakılıqdan, o cümlədən hərbçilər həqiqi güllələrdən istifadədən çəkinməlidirlər”.

Son xəbərlər

Orphus sistemi