ABŞ Səudiyyə Ərəbistanına iqtisadi islahatlar aparmaqda kömək edəcək

ABŞ Səudiyyə Ərəbistanına iqtisadi islahatlar aparmaqda kömək edəcək Hər iki tərəf iqtisadiyyatın şaxələndirilməsinin mühümlüyünü qeyd edib
Digər ölkələr
17 İyun , 2016 06:48
ABŞ Səudiyyə Ərəbistanına iqtisadi islahatlar aparmaqda kömək edəcək

Bakı. 17 iyun. REPORT.AZ/ Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının iqtisadi islahatlar aparmaq niyyətini alqışlayır və bu işdə krallığı dəstəkləməyə hazırlaşır.

"Report" xəbər verir ki, ABŞ Administrasiyasının mətbuat xidmətinin məlumatında bildirilir.

Onların sözlərinə görə, bu barədə cümə axşamı Vaşinqtonda səfərdə olan ikinci vəliəhd Məhəmməd ibn Salmanın Ağ ev yanında Milli İqtisadiyyat Şurasının üzvləri ilə görüşü zamanı söhbət aparılıb.

"Hər iki tərəf iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorda işlə təmin olunma üçün imkanların genişləndirilməsi, bərpa olunan enerji və qaz yataqları mənbələrinin inkişafının mühümlüyünü qeyd edib, həmçinin Amerika şirkətlərinin islahatların aparılması zamanı oynaya biləcəyi faydalı rol vurğulanıb", - deyə məlumatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi