ABŞ senatorunun üzünə bir neçə tikiş qoyulub

ABŞ senatorunun üzünə bir neçə tikiş qoyulub Mitt Romni: “Yıxıldım, huşumu itirdim, amma indi durumum yaxşıdır”
Digər ölkələr
2 Mart , 2021 11:24
ABŞ senatorunun üzünə bir neçə tikiş qoyulub
Mitt Romni

Yuta ştatından olan respublikaçı senator Mitt Romni həftəsonu yıxılaraq huşunu itirəndən sonra qısa müddətə xəstəxanaya yerləşdirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Hill” qəzeti məlumat yayıb.

“Yıxıldım, huşumu itirdim, amma indi durumum yaxşıdır”, - qəzet senatordan sitat gətirib.

Romni xəstəxanada üzünə bir neçə tikiş qoyulduğunu da əlavə edib. 73 yaşlı senator Bostondakı qohumlarını ziyarət edərkən huşunu itirdiyini söyləyib.

Son xəbərlər

Orphus sistemi