ABŞ senatorları İraqda xristian muxtariyyətinin yaradılmasını təklif edirlər

ABŞ senatorları İraqda xristian muxtariyyətinin yaradılmasını təklif edirlər 17 senator bununla bağlı ABŞ dövlət katibi Con Kerriyə məktub yazıb
Digər ölkələr
30 Yanvar , 2015 00:42
ABŞ senatorları İraqda xristian muxtariyyətinin yaradılmasını təklif edirlər

Bakı. 30 yanvar. REPORT.AZ/ Amerikalı senatorlar İraqın Neynəva vadisində xristianlar üçün muxtar əyalətin yaradılmasını təklif ediblər.

"Report" xəbər verir ki, bu barədə İraqın "Shafaq News" agentliyi məlumat yayıb.

17 senator ABŞ dövlət katibi Con Kerriyə məktub yazaraq Amerika hakimiyyətindən bu regionda yaşayan assuriyalılar və çoxluq təşkil edən digər xristian azlıqların təqibinin dayandırılmasına köməklik göstərməyi tələb ediblər.

RİA Novosti-nin məlumatına görə, 2014-cü ildə "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının üzvləri xristian dini azlıqların nümayəndələrini Neynəvadan qovublar.

Təqribən 200 min insan məcburi olaraq yurd-yuvasını tərk edib və İraq Kürdistanı ərazisində məskən salıb.

Son xəbərlər

Orphus sistemi