Yuxarı

​ABŞ Senatı Ukraynaya 300 mln. dollar həcmində hərbi yardımın ayrılmasını təsdiq edib

Senat hərbi büdcəyə 620 mlrd. dollar həcmində düzəlişləri təsdiq edib

Bakı. 19 İyun. REPORT.AZ/ ABŞ Senatı Ağ evin etiraz etməsinə baxmayaraq, hərbi büdcəyə 620 milyard dollar həcmində düzəlişləri təsdiq edib.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, 75 senator düzəlişlərin lehinə, 25 senator isə əleyhinə səs verib.

Yenilənmiş qanun layihəsi Ukraynaya təqribən 300 milyon dollar həcmində hərbi yardımın ayrılmasını nəzərdə tutur, həmçinin ABŞ prezidenti Barak Obamanın Quantanamo həbsxanasını bağlamaq niyyətinin icrasını çətinləşdirir.

Obama, öz növbəsində qanun layihəsinə veto qoyacağı ilə hədələyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi