ABŞ səfirliyi "Eurovision" zamanı İsraildə terror hücumları təhlükəsi barədə xəbərdarlıq edib

Digər ölkələr
  • 14 may, 2019
  • 12:11
ABŞ səfirliyi Eurovision zamanı İsraildə terror hücumları təhlükəsi barədə xəbərdarlıq edib
eurovisionary.com

ABŞ-ın Qüdsdəki səfirliyi İsraildəki vətəndaşlarını terror aktları və raket hücumları təhlükəsi ilə əlaqədar diqqətli və ehtiyatlı olmağa çağırıb.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

ABŞ-ın diplomatik missiyasından bildiriblər ki, terror aktları zaman olaraq Tel-Əvivdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə üst-üstə düşə bilər.

"Terror qruplaşmaları hücum üçün ABŞ-ın Qüdsdə səfirlik açmasının ildönümünü və fələstinlilərin qeyd etdiyi Nakba Gününü (15 may) seçə bilər ki, bu da Tel-Əvivdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə eyni vaxta düşür", - ABŞ səfirliyinin məlumatında deyilir.

Məlumatda ABŞ vətəndaşlarının diqqətli olmalarının və təhlükəsizlik üçün lazımi addımlar atmalarının və tədbirlər görmələrinin zəruriliyi də vurğulanıb.

44 - Tezliklə