ABŞ sahillərində Rusiyanın kəşfiyyat gəmisi müşahidə olunub

ABŞ sahillərində Rusiyanın kəşfiyyat gəmisi müşahidə olunub Gəmi Amerikanın sualtı qayıqlar bazasının 37 km-də üzüb
Digər ölkələr
16 Mart , 2017 07:15
ABŞ sahillərində Rusiyanın kəşfiyyat gəmisi müşahidə olunub

Bakı. 16 mart. REPORT.AZ/ ABŞ-ın şərq sahillərində Rusiya Hərbi Dəniz Donanmasının "Viktor Leonov" kəşfiyyat gəmisi müşahidə olunub.

"Report" xəbər verir ki, bu barədə Amerika Hərbi Dəniz Qüvvələri Komandanlığındakı mənbəyə istinadən "FoxNews" telekanalı məlumat yayıb.

Bildirilir ki, gəmi Amerikanın Corciya ştatında yerləşən sualtı qayıqlar bazasının təqribən 37 km-də üzüb.

Mənbə "Viktor Leonov"un ABŞ sularına daxil olmadığını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi