Yuxarı
    Bağlamaq

    ABŞ Rusiyanın Ankaradakı səfirinə silahlı hücumu pisləyib

    Kirbi: Biz mənbəsindən asılı olmayaraq, bu zorakılıq aktını pisləyirik

    Bakı. 19 dekabr. REPORT.AZ/ ABŞ Rusiyanın Türkiyədəki səfirinə silahlı hücumu pisləyir.

    "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbiyə istinadən "Reuters" məlumat yayıb.

    "Biz mənbəsindən asılı olmayaraq, bu zorakılıq aktını pisləyirik. Biz fikrən və dualarımız ilə onun ailəsinin yanındayıq", - deyə Kirbi bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi